25 İLLİYİMİZ

Azərbaycan Milli Olimpiya Komitəsi 14.01.1992-ci ildə təsis edilmiş, 10.03.1992-ci ildə isə Azərbaycan Ədliyyə Nazirliyində rəsmi olaraq qeydiyyatdan keçmişdir. 02.11.1992-ci ildə Avropa, 23.09.1993-cü ildə Beynəlxalq Olimpiya Komitəsinə üzv qəbul edilmişdir. 2017-ci ildə isə artıq Azərbaycan Milli Olimpiya Komitəsi 25 illik yubileyini qeyd edir. "25 illik fəaliyət, bir əsrlik nailiyyət" isə artıq şüarımıza çevrilib. Həqiqətən də fəaliyyətdə olduğumuz bu 25 il ərzində Azərbaycan idmançıları bir əsrə sığa biləcək nailiyyətlər qazandılar. 25 illiyimizə həsr etdiyimiz bu yarışmada da sualların böyük əksəriyyəti idmançılarımızın 1 əsrə bərabər nailiyyətlərindən ibarətdir. Bu yarışma ilə kiçikli-böyüklü hər bir kəsə idmançılarımızı yarışaraq tanıtmağı və Milli Olimpiya dəyərlərini aşılamağı əsas məqsəd olaraq qəbul etmişik. Sözü uzatmayaq, qoy ən güclü, ən bilikli və ən sürətli qalib gəlsin!