Suallar

Suallar əsasən Azərbaycan idmançılarının Yay və Qış Olimpiya Oyunlarındakı çıxışları, İslam Oyunları, Avropa Oyunları, Universiada, Yeniyetmələrin Olimpiya Oyunları, müxtəlif idman növləri üzrə Avropa və Dünya Çempionatları, bir sözlə MOK bayrağı altında çıxış etdikləri yarışlar haqqında olacaq. Sualların digər bir qismi isə dünya idmançıların Olimpiya Oyunlarındakı çıxışlarından təşkil olunacaqdır.

Sual sayı

a. Hər yarış 10 sualdan ibarətdir.

b. Yarışmadakı ulduzlar iştirakçının hansı sualda olduğunu göstərir.

c. Hər bir doğru cavab sizə 1 xal qazandırır.

d. Tapdığınız hər bir doğru cavab sizə 1 xal qazandırmaqla yanaşı, həftəlik, aylıq və yekun xal cədvəlində də öz əksini tapacaqdır.

Vaxt

a. Yarışma başladıqdan sonra istifadəçilər suallardan əlavə, zamana qarşı da yarışacaqlar.

b. Çox sual tapma göstəricisindən əlavə, ən qısa zamanda tapma göstəricisi də xal cədvəli sıralamasında prioritet təşkil edəcək.

Köməklər

a. 50:50

Bu köməkdən istifadə etdiyiniz zaman 4 variantdan səhv olan 2 variant avtomatik olaraq ekrandan silinir və iştirakçı yerdə qalan digər 2 variant arasında seçim etməli olur. Bu köməkdən 10 sual ərzində yalnız 1 dəfə istifadə etmək olar.

b. Sualı dəyiş

Bu köməkdən istifadə edilərkən ekrandakı sual hər hansı bir başqa sualla əvəzlənir. Bu köməkdən 10 sual ərzində yalnız 1 dəfə istifadə etmək olar.

c. Cüt şans

Bu köməkdən istifadə edilərkən, istifadəçi iki variantı eyni anda seçmə haqqı qazanır. Bu köməkdən də 10 sual ərzində yalnız 1 dəfə istifadə etmək olar.

Xal cədvəli

a. Xal cədvəli həftəlik, aylıq və yekun olmaqla 3 hissədən ibarətdir.

b. Hər həftə xal cədvəli sıfırlanır, amma aylıq və yekun nəticələr üçün davam etdirilir.

c. Xal cədvəlinə əsasən hər həftənin və hər ayın qalibi ilə birlikdə yekun qalibi də müxtəlif hədiyyələr gözləyir.

d. Hər bir istifadəçi yalnız bir dəfə həftənin qalibi ola bilər. Həftə qalibi olduqdan sonra, aylıq və ya yekun qalib olmaq üçün yarışır. Bu isə hər həftə fərqli istifadəçinin qalib olma şansını artırır.

Əlavə oyun haqqı

a. Hər bir iştirakçının gün ərzində 3 dəfə 10 suallıq yarışma oynama haqqı vardır.

b. Əlavə oyun haqqı qazanmaq istəyən iştirakçı 5 dostunu oyuna dəvət etməklə bu haqqa sahib ola bilər.

c. Əlavə can gün ərzində yalnız bir dəfə qazanıla bilər. Əlavə oyun haqqı gün ərzində yalnız bir dəfə qazanıla bilər. Bu isə o deməkdir ki, iştirakçı gün ərzində maksimum 4 dəfə yarışa bilər.